Çərşənbə axşamı, 17 Yanvar 2023 19:12

Donmuş Mamırlı şəlalə görənləri valeh edir...

Havaların şaxtalı keçməsi nəticəsində Qaxda, Ləkit çayının sağ sahilində yerləşən Mamırlı şəlalənin çox hissəsi donub. Suyun axınından asılı olaraq donmuş buz parçaları sanki bir əsər yaradıb. Ləkit kəndinin yuxarı hissəsində dağlıq və meşəlik ərazidə yerləşən şəlalə öz görünüşü ilə onu görməyə gələnləri valeh edir. Mamırlı qayalar üzərindən axıb gələn şəlaləni yerli camaat "Damcı şəlalə" də adlandırır. Baxmayaraq ki, şəlaləyə getmək çətinliklə başa gəlir, ancaq, bu gözəl mənzərəni hər il görməyə gələnlərin sayı kifayət qədərdir. Dəniz səviyyəsindən 600 metr hündürlükdə yerləşən Mamırlı şəlalənin eni 30, hündürlüyü isə 15 metrdir. Qeyd edək ki, şəlalə Qax təbiət abidəsi kimi Dövlət tərəfindən mühafizə olunur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S