Cümə axşamı, 12 Yanvar 2023 19:18

Güclü qar kəndlərlə əlaqənin kəsilməsinə səbəb oldu...

Şamaxının bəzi ərazilərində temperatur mənfi 10 dərəcəni keçib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir. Xüsusilə də kəndlərə gediş-gəliş xeyli çətinləşib. Pirbəhli, Ərçiman, Dəmirçi, Lahıc, kəndləri ilə demək olar ki, əlaqə kəsilib. Bu yollarda heç bir nəqliyyat vasitəsi hərəkət edə bilmir. Həmin ərazilərdə qarın təmizlənməsi işləri görülür. Həmçinin Qəleybuğurd, Qaladərəsi, Sis və Keçmədin kənlərinə də gediş-gəliş çətinləşib.Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 sm-ə çatıb. Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tamamən kəsilməsə də, yollarda yalnızca 4 çarxlı avtomobillər hərəkət edə bilir. 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası yollarda durmadan çalışır.  Şamaxı-Dəmirçi-Pirqulu istiqamətində gediş-gəlişdə məhdudiyyət olmasa da əraziyə yağan güclü qar yolların yenidən buz bağlamasına səbəb olur.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S