Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar davam edir. Yarışların növbəti ikinci günündə bədii gimnastika üzrə 8 -15 yaşlı yeniyetmələr fərdi, halqa, top, gürzlər, batut gimnastikası və tamblinq üzrə 10-18 yaşlı gimnastlar, fərdi və qrup çıxışları proqramları ilə mübarizə aparıblar. Sonda nümayiş etdirilən hərəkətlərin icrasına görə verilən xallara əsasən qaliblər müəyyənləşdirilərək mükafatlandırılıblar. Qeyd edək ki, sabah yarışların son günündə 18-12 yaşlı yeniyetmələrin idman gimnastikası üzrə dayaqla tullanma, sərbəst hərəkətlər, halqalar, paralel qollar, turnik, müxtəlif hündürlüklü qollar, gimnastika tiri proqramları ilə mübarizə aparacaqlar. Onu da qeyd edək ki, yarışlara giriş sərbəstdir.