Şəki-Oğuz yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində yaşayan sakinlər deyir ki, hər dəfə yağış yağanda bu mənzərə təkrarlanır. Oxşar vəziyyət şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsi ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində, həmçinin Sarabski küçəsində də qeydə alınır. Sakinlər kanalizasiya sisteminin yenidən qurulması zamanı boruların quraşdırılmasında texniki səhvlərin buraxılması və nəticədə yağış ötürücülərinin su kütləsini tam şəkildə götürə bilməməsini iddia edir. Vəziyyətdən çıxış yolunu isə yağış xətlərinin təmizlənməsində və yenidən qurulmasında görürlər. Komunal Təsərrüfat İstesalat Birliyindən bildirildi ki, problemlə bağlı məlumatlıdırlar və qurum əməkdaşlarının müdaxiləsi ilə şəhər küçələrində su toplanması aradan qaldırılır. O ki, qaldı texniki səhvlərin buraxılması ilə bağlı iddialara qurum rəsmisi vəziyyətlə bağlı aidiyyatı qurumlarla məsləhətləşmələr aparıldığını bildirib. Onun sözlərinə görə, iqlim şəraiti imkan verən kimi yol verilmiş texniki səhv aradan qaldırılacaq. İndi həmin ərazinin sakinlərinə ümid etmək və vədlərin yerinə yetirələcəyi zamanı gözləmək qalır.