Bazar ertəsi, 05 Dekabr 2022 11:32

Əlillər günü ilə bağlı tədbir keçirilib...

Şəkidə “3 Dekabr-Beynəlxalq Əlillər Günü” münasibəti ilə Reabilitasiya Mərkəzində tədbir keçirilib. Mərkəzin işçilərinin,  incəsənət,  musiqi məktəbinin, orta məktəbin şagirdlərinin, qazilər və mərkəzdə müalicə olunan əlillərin iştirak etdiyi tədbirdə çıxış edənlər ölkəmizin hər yerində olduğu kimi, Şəki rayonunda da əlillərin diqqət və qayğı ilə əhatə edildiyini, rayonda fəaliyyət göstərən fiziki və sağlamlıq imkanları məhdud şəxslərin müalicə olunduğunu bildiriblər. Onların cəmiyyətə fəal inteqrasiya olunması istiqamətində müvafiq işlərin görüldüyü, əlillərin rifah halının yaxşılaşdırılması, bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində məqsədyönlü addımların atıldığı diqqətə çatdırılıb. Daha sonra tədbir çərçivəsində mərkəzdə müalicə olunan əlillərə hədiyyələr verilib, işində fəal olan işçilərə təşəkkürnamələr təqdim olunub. Kanal S MMC də fəxri fərmanla təltif edilib. Ardınca əlillərin əl işlərinə baxış olub. Tədbir konsert proqramı ilə davam edib. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S