Elm və təhsil naziri Emin Əmrullayev şimal-qərb zonasına səfər çərçivəsində Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin nəzdində yaradılan STEAM Mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində öncə iştirakçılar Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, innovativ texnologiyalarla tam təmin olunan Mərkəz bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub. Burada "Robotics", "Art", "Science", "STEAMKids", CNC və 3D çapmexatronika, dronistiqamətləri üzrə sahələr var. Mərkəzdə yaradılmış imkanlardan regionun digər məktəblərinin şagirdləri və müəllimləri də yararlana biləcəklər. Bu günədək Zaqatala şəhər akademik Zərifə Əliyeva adına lisey və AşağıTala kənd 1 nömrəli tam orta məktəbdə STEAM layihəsi tətbiq olunub. Zaqatala rayonu üzrə 14 müəllim təlimlərdən keçib. Layihə 374 şagirdi əhatə edir. 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi təhsilalanların yaradıcı düşünmə, əməkdaşlıq etməvə s. kimi bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətməklə yanaşı onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir.