Elə yeri gəlmişkən, Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Kəlağayısı Günü münasibətilə “Nənələrdən miras qalan ismətimdir kəlağayı” adlı festival keçirilib. Elm və Təhsil Nazirliyi, Şəki,İsmayıllı və Bakı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əlaqədar qurumların əməkdaşları, şəhid anaları və qazilər, uşaq və yeniyetmələr iştirak ediblər. Çıxış edənlər ipəkçilik ənənələrinin qorunub saxlanıldığı Şəkidə kəlağayı sənətinin bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutduğunu diqqətə çatdırıblar. Xatırladılıb ki, kalağayı ənənəsi Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb. Rəsmi hissədən sonra uşaqların ifasında Azərbaycana, Vətənə, vətənpərvərliyə, birliyə, kəlağayıya həsr edilən şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub.