Qadınlardan ibarət komandanı formalaşdırmaq elə də asan iş deyil. Şəkinin qadınlardan ibarət komandası isə az müddət ərzində bunu bacarıb. Qısa zaman ərzində komanda böyük uğurlar əldə edib. Hətta komandanın bəzi oyunçuları Azərbaycan milli yığmasında da uğurla ölkəmizi təmsil edirlər. Komandanın hər zamanki kimi əsas hədəfi mövsüm sonunda çempionluq yaşamaqdır. Bu hədəfə çatmaq isə heç də asan məsələ deyil. Lakin oyunçular özlərindən əmindirlər. Onlar bu hədəfə çatmaq üçün həftədə azı 3 dəfə məşq edirlər. Komandanın bir digər hədəfi isə yığmaya mütəmadi olaraq oyunçular göndərməkdir. Necə deyərlər, idmanda udmaq da var, uduzmaq da. Biz isə qızlarımıza mövsümün sonunda qızıl medal almağı və beləliklə dünya çempionatındakı ölkəmizi uğurla təmsil etməyi arzulayırıq.