Çərşənbə, 23 Noyabr 2022 17:02

Xurma məhv olmaması üçün kütləvi şəkildə qurudulur...

Zaqatalada hər il  387 ha xurma bağlarından 20 min tona yaxın məhsul tədarük edilir. Məhsuldarlıq  bol olduğu üçün və xurma ixracı ilə bağlı yaranan problemlər səbəbindən təsərrüfatçılar məhsulu qurudub sataraq zərərdən çıxmağa çalışırlar. Xurmanın ev şəraitində qurudulması ənənəsi Zaqatalada hələ ötən əsrin 70-80-ci illərindən olub. Bərk xurma soyularaq,saplaqları vasitəsi ilə ipə düzülür,sonra isə qurumaqçün asılır. Bir ton yaş xurmanı qurutduqda təqribən 200-250 kq quru məhsul almaq mümkündür. Qiymətlərə gəlincə,bir kiloqram hazır xurma qurusu 2 manata alıcılara təklif olunur. Bu il qonşu ölkələrdəki mövcud vəziyyət yaş xurmada olduğu kimi, xurma qurusunun da qiymətlərinə və bazarına mənfi təsir göstərib. İqtisadçılar xurma ixracındakı vəziyyəti yaxşılaşdırmaq üçün yeni bazarlar tapmağı məsləhət görür. Bunun üçün isə ölkədə istehsal olan xurmanın beynəlxalq standartlar sertifikatının əldə edilməsi vacibdir. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S