Son iki gündür sosial şəbəklərdə şirin danışığı, əsl Şəkili kimi məzəli cavabı ilə hamının sevimlisinə çevrilən Nadiri göstərəcəyik indi. Nadir təbii ki, Şəkinin ən məşhur yeməyinin piti olduğunu bilir. Amma ən sevdiyi yemək də makarondur... Əməkdaşımız Məmməd Məmmədov da bu gün məşhur Nadirlə həmsöhbət olub, hətta birlikdə piti yeyiblər. Həm də pitini təbliğ etmək məqsədilə onun tarixi və necə hazırlanması ilə maraqlanıblar...