Oğuz rayonunda meşə ərazisində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb. Meyit Tayıflı kəndi inzibati ərazisində aşkar olunub. Polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib. Qeyd edək ki, tənha yaşayan Əbülfət Ağayevin ruhi əsəb xəstəsi olduğu deyilir. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb. Hazırda fakt araşdırılır.