Bazar ertəsi, 14 Noyabr 2022 20:06

Küçə ticarəti ilə məşğul olanlar cərimələnib...

Balakəndə qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib. Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə növbəti nəzarət-profilaktik tədbirlər keçirib. Səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb. Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırılıb. Ümumilikdə qanunsuz küçə ticarəti ilə məşğul olan 10-a yaxın şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə protokol tərtib olunub.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S