Qalıqlar ərazidə yerləşən və hazırda “Şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi birmərtəbəli tikilidə tapılıb. Belə ki, beton döşəmənin təmiri zamanı 0.8 sm – 1.2 metr dərinlikdə 100 ilə qədər müddətə aid 2-3 yenidoğulmuş və ya azyaşlıya məxsus sümük qalıqları aşkar edilib. Hadisə yerinə Turizm Agentliyinin, antropologiya institunun nümayəndələri və prokurorluq əməkdaşları cəlb edilib. Aşkarlanmış sümüklərə və binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Tapılmış sümüklərin daha artıq ola bilməsi ehtimalına qarşı qazıntıların davam etdirilməsinə qərar verilib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırmalar davam edir.