Bir vaxtlar insanlar arasında ən populyar ünsiyyət vasitəsi hesab olunan ev telefonları müassir tələblərə cavab vermədiyindən insanlar arasında getdikcə öz aktuallığını itirib. Artıq yaşlı nəsil də, müasir tələblərə uyğunlaşan əlaqə vasitələrindən istifadə edirlər. Səbəbi isə, evdə olmayanda belə istədikləri anda hərkəslə ünsiyyət qura bilmələridir. Amma sakinlərin heç də hamısı belə düşünmür. Ev telefonu ilə mütəmadi danışanlar da var. Mütəxəssislər ev telefonlarına təlabatın əvvəlki illərlə müqayisədə xeyli azaldığını qeyd edir. Səbəb müasir texnalogiyların inkişafı və bu bazarda sakinlərə daha geniş xidmətlər təklif edən şirkətlərin artmasıdır. Hətta bir neçə ilə sabit telefon xəttləri yerini sürətli internet, televiziya kanalları ötürmə imkanına malik fiberoptik kabellərə verəcək. Tarifin artırılması əhaliyə bu istiqamətdə göstərilən xidmətlərin yaxşılaşdırılması, dünyada gedən dəyişiklilər, internet vasitəsilə əlaqələrin artması fonunda labüd olub. Həmçinin sözügedən sahənin qarşıdakı iki il ərzində tamamilə yenilənməsi nəzərdə tutulur. Xatırladaq ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda noyabrın 1-dən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə manata çatdırılıb. Şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.