Çərşənbə axşamı, 08 Noyabr 2022 09:25

“Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib…

Şəkidə "8 noyabr Zəfər günü"nə həsr olunmuş  1 saylı Mediasiya Təşkilatının təşəbbüsü ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Tədbirdə icra hakimiyyətinin, mediasiya təşkilatının rəsmiləri, ictimaiyyət nümayəndələri və Şəki şəhər qarışıq tipli uşaq evinin 70-ə yaxın balaca sakini iştirak edib. Tədbir iştirakçıları ilk öncə şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüb əziz xatirələrini yad ediblər. Ardınca tədbirin rəsmi hissəsində çıxış edənlər 44 günlük Vətən müharibəsindən, ordumuzun rəşadətindən, hərb tarixinə qızıl hərflərlə düşən Şuşa əməliyyatından danışıblar. Vurğulanıb ki,  bu yolda canını qurban verən qəhrəmanların şərəfli ömür yolu daim təbliğ edilməli, gələcəyimiz olan uşaqlara örnək təşkil etməlidir. Bildirilib ki, tədbirin keçirilməsində də məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır. Tədbirin bədii hissəsində Şəki şəhər qarışıq tipli uşaq evinin balacaları müharibə və qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər deyiblər. Tədbirin sonunda hüquqşünaslar tərəfindən hazırlanan hədiyyələr körpə fidanlara təqdim edilib.  

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S