Şəki şəhərində "8 noyabr-Zəfər Günü"nə həsr olunan təhsil işçiləri arasında şahmat turniri keçirilib. Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Şəki şəhər komitəsi tərəfindən təşkil olunan turnirdə çıxış edənlər Vətən mühribəsində ordumuzun göstərdiyi rəşadətdən danışılıb. Ardınca start götürən yarışda 42 nəfər pedaqoji heyyət işçisi iştirak edib. Turnirdə kişilər isveçrə sistemi üzrə, qadınlar isə dairəvi sistemi üzrə mübarizə aparıblar. Hər biri 15 dəqiqə davam edən gərgin və maraqlı qarşıdurmaların sonunda fəxri yerlərə laiq görülənlərə mükafat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, turnirin keçirilməsində məqsəd məktəblərdə şahmata marağın artırılması, şahmatçıların ustalıq səviyyəsinin yüksəldilməsi olub.