Şənbə, 05 Noyabr 2022 18:02

17 yaşlı qız kirayə yaşadığı evdə qətlə yetirilib...

Qax rayonunda qardaş bacısını qətlə yetirib. Hadisə şəhər ərazisində yerləşən Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında baş verib. 17 yaşlı Albina Papiaşvilinin üzərində xəsarətləri olan meyiti otaqlardan birində, yatdığı yerdə aşkar olunub.
 
Daha sonra həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin qardaşı 15 yaşlı Jora Papiaşvili saxlanılıb. Bacı-qardaşın yaxınları bildiriblər ki, Albina və Jora Qax şəhərində kirayədə yaşayıblar. Onların atası 6-7 il öncə dünyasını dəyişib. Anası isə qeyri-rəsmi nigaha daxil olub.
 
Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Jora Papiaşvili şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S