Çərşənbə axşamı, 01 Noyabr 2022 16:58

Şəkidə canavarlar təsərrüfata hücum edib, 44 qoyunu parçalayıb...

Bankdan böyük məbləğdə pul götürüb maddi vəziyyətini yaxşılaşdırmaq istəyən fermerin qoyunlarının tələf olması onu çətin vəziyyətə salıb. Şəkinin Sarıca kəndində fərdi təsərrüfata hücum edən yırtıcılar 44 qoyunu parçalayıb. Gecə saatlarında tövləyə hücum edən 3 baş canavar qoyunların 36-sını öldürüb qalan, 8-ini isə yaralayaraq yararsız vəziyyətə salıb. Sarıcada məskunlaşmış Ağdərə sakini olan Ayaz Əliyev ona xeyli miqdarda zərər dəydiyini bildirir. Hadisə yerinə Qida təhlükəsizliyi ağetliyinin nümayəndələri baxış keçirib. Ölmüş heyvanların cəsədləri basdırıldıqdan sonra ərazi dezinfeksiya ediləcək.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S