Bankdan böyük məbləğdə pul götürüb maddi vəziyyətini yaxşılaşdırmaq istəyən fermerin qoyunlarının tələf olması onu çətin vəziyyətə salıb. Şəkinin Sarıca kəndində fərdi təsərrüfata hücum edən yırtıcılar 44 qoyunu parçalayıb. Gecə saatlarında tövləyə hücum edən 3 baş canavar qoyunların 36-sını öldürüb qalan, 8-ini isə yaralayaraq yararsız vəziyyətə salıb. Sarıcada məskunlaşmış Ağdərə sakini olan Ayaz Əliyev ona xeyli miqdarda zərər dəydiyini bildirir. Hadisə yerinə Qida təhlükəsizliyi ağetliyinin nümayəndələri baxış keçirib. Ölmüş heyvanların cəsədləri basdırıldıqdan sonra ərazi dezinfeksiya ediləcək.