Şəhidlik belə bir zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Şəhidlik Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Bu sevgi beşikdən, ana laylasından, ailədən, məktəbdən başlanır. Elə haqqında söhbət açacağımız Elyar Əliyevdə o şəhidlərdən biridi. Qobustanda Vətən Müharibəsi Qəhrəmanı şəhid Elyar Vəliyevin doğum günündə xatirəsi anılıb. Mərasimdə şəhidlərimizin ailə üzvləri, yaxınları, rayon ictimaiyyəti və məktəblilər iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin həyatından və döyüş yolundan, onunla bağlı xatirələrindən danışıblar, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Vətən müharibəsi şəhidlərinin irsinin öyrənilməsinin vacibliyinə diqqət çəkiblər. Məlumat verilib ki, Azərbaycan Ordusunun giziri Elyar Vəliyev Vətən müharibəsi zamanı Fizulinin, Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, 2020-ci il oktyabrın 19-da qəhrəmancasına şəhid olub. Qeyd edə ki, Elyar Vəliyev "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, "Vətən uğrunda", "Cəbrayılın , Füzulinin və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.