Şəkidə Heydər Əliyev mərkəzində Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin təşkilatçılığı ilə müxtəlif regionlarda xidmət aparan abidə mühafizəçiləri bir araya gəliblər. 70- dən çox abidə mühafizəçiləri mədəni irsin qorunması və bacarıqlarının inkşaf etdirilməsi mövzusunda təşkil olunan təlim kursunda iştirak ediblər. İştirakçılara, tarixi abidələrdə monitorinqlərin aparılma qaydaları, təmir-bərpa və eləcə də çətin coğrafi şəraitdə yerləşən abidələrdəki mühafizəçilərə həkim məsləhətləri və hüquqi maarifləndirmə mövzuları haqda məlumat verilib. Bir günlük kursun sonunda həm təlimçilər həm də iştirakçılara “Təşəkkürnamə” sertifikatları təqdim edilib. Sonda tarixi abidələri özündə əks ettirən braşurlara da baxış keçirilib. Belə tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.