Qəbələnin dağ ətəyi kəndlərində şabalıd əhalinin əsas gəlir mənbəyidir. Rayonda ən cox şabalıd yetişən kəndlər isə Həmzəlli, Bum, Tikanlı, Abrıx, Xırxata, Mıxlıqovaq eləcədə bir sıra digər kəndlərdir. Adətən bu kəndlərin simvoluna çevrilən şabalıd ağacları 300 kq-dək məhsul verə bilir. Ancaq yüksək məhsuladrlıq üçün də aqrotexniki qulluqların vaxtında aparılması şərtdir. Şabalıd ağacları zəhməti çox sevən bitkidir. Belə ki, bir ağacın bar verməsi azı 10 il çəkir. Bu müddət ərzində isə ağacın qayğısına qalmaq mütləqdir. Bu mövsüm məhsuldarlığın bol olması qiymətə də öz təsirini göstərib. Hazırda məhsulun keyfiyyətindən asılı olaraq kiloqramı 4-12 manat arasında satılır. Qeyd edək ki, ötən il 400 tona yaxın məhsul yığılıb. Bu il isə bu rəqəmin daha yüksək olacağı gözlənilir.