Bu gün Şəki şəhərində 3 saylı musiqi məktəbinin təşkilatçılığı ilə “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib. Tədbirdə işəhər ictimaiyyəti, mədəniyyət işçiləri iştirak ediblər. Çıxış edənlər müstəqilliyimizin əhəmiyyətindən, bu yolda verilən qurbanlardan, qazanılan uğurlardan, torpaqlarımızın azad edilməsindən danışıblar. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 31 il ötdüyünü, bu müstəqilliyin əbədi və dönməzliyini, ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanıldığını, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildiyini qeyd ediblər. Tədbirdə həmçinin bildirilib ki, bu il Şəki şəhər 3 saylı musiqi məktəbinin 35 illiyi də qeyd olunur. Vurğulanıb ki, 1987-ci ildə yaradılan məktəb öz fəaliyyəti dövründə müsabiqə, festivallar, bayram tədbirlərində, əlamətdar günlərdə fəal iştirak edib. Ardınca tədbir məktəbin müəllim və şagird kollektivinin hazırladığı bədii hissə ilə davam edib. Musiqili proqramda yerli və xarici bəstəkarların vətənpərvərlik mövsuzunda13 əsəri ifa edilib.