Sakinlər tərəfindən tapılan daş kitabə, kəndin tarixi ilə bağlı araşdırma aparan AMEA-nın əməkdaşlarına təhvil verilib. Daşın üzərindəki yazıların çox qədim və tarixi baxımdan əhəmiyyətli olduğu məlum olub. Böyük Qafqaz səddinin keçdiyi bu regionda belə faktların tapılmasının gözlənilən olduğunu deyən tarixçi avvəllər də bölgədə bəzi qədim yazı növlərinin tapıldığını bildirdi. Lakin bu kitabənin daha dərin, daha qədim tarixi araşdırmağa imkan verəcəyini deyir. Bölgə üçün maraqlı bir yenilik olan bu tapıntı artıq muzeyin ən qədim və ən qiymətli eksponatlarından birinə çevrilib. Hazırda isə daş kitabə tətqiqatçılar tərəfindən araşdırılır. Tarixçi yazının mənasının həmin dövrün inanclarına uyğun ola biləcəyini, lakin qəti fikrin araşdırmanın nəticəsi bəlli olduqdan sonra söylənə biləcəyini deyir. İlkin ehtimallar yazının bir aramey ivrit əlifbası olduğunu göstərir.