Bu gün sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən sentyabrın 14-də qəhrəmancasına şəhid olan xüsusi təyinatlı Fərid Lətivovun ad günüdür. Yaşasaydı 21 yaşını qeyd edəcəkdi. Doğum günündə şəhidin ailə üzvləri, yaxınları, dostları məzarı başına toplaşıb,xatirəsini yad edib, onun haqqında xatirələrini bölüşüblər. Xatırladılıb ki, Fərid Lətifov 44 günlük Vətən müharibəsinin qəhramanlarından biri olub. Müharibə dövrü ərzində demək olar bütün cəbhə boyu vuruşan Fərid düşmənin qorxulu yuxusuna çevrilib. Buna görə də “Şücaətə görə” , "Füzulinin, Xocavəndin, Cəbrayılın, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə" medalları ilə təltif edilib. Şəhid Fərid Lətifov sentyabrın 15-i Şəki şəhidlər xiyabanında dəfn edilib.