Anım mərasimində əvvəlcə şəhidin məzarı ziyarət olunub ruhuna dualar oxunub. O, 1989-ci ildə İsmayıllı rayonunun Qubaxəlil kəndində anadan olmuşdu.1996-cı ildə ailəsi ilə birlikdə Göyçay rayonuna köçür. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Xəyal Arif oğlu Məmmədov Ağdam rayonundakı yerləşən “N” saylı hərbi hissədə Vətənə olan borcunu yerinə yetirir. Hərbiyə həvəsi olduğu üçün 2011-ci ildən hərbçi kimi fəaliyyətə başlayır. Vətən müharibəsi başlayanda Xəyalda artıq 9 ilidi ki, orduda xidmət edirdi. Vətənin digər igid oğulları kimi ön cəbhəyə yollanan Xəyal ən ağır döyüşlərin iştirakçısı olur. Xəyal cəbhənin müxtəlif istiqamətlərində o cümlədən Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərir. Onun son döyüşü də elə Suqovuşan istiqamətində olur. Həmin ərazidə qəhrəmancasına şəhid olur. Şəhid Xəyal Məmmədov Göyçayın Ərəbcəbirli kənd qəbiristanlığında torpağa tapşırılır. Ölümündən sonra “Vətən uğrunda”, ”İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunur. Ərəbcəbirli kəndindəki küçələrdən biri şəhid Xəyal Məmmədovun adını daşıyır.