Şəkidə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılovun vətəndaşlarla görüşü baş tutub. Şəki, Qax və digər rayonlardan olan vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Sakinlərin müraciətləri əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, suvarma kanallarının beton üzlüyə alınması, nasos stansiyaların quraşdırılması, nov kanallarının qurulması, kanalların lildən təmizlənməsi ilə bağlı olub. Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan müraciətlərsə nəzarətə götürülüb.