Əvvəlki buraxılışlarımızda Türkiyənin Dənizli əyalətinə məxsus Akhan kəndində məskunlaşan azərbaycanlılardan, daha doğrusu şəkililərdən danışmışdıq. İndi isə 130 ildir bir-birindən ayrı qalan nəslin nümayəndələrinin görüşü baş tutub. Xatırladaq ki, 19-cu əsrin sonlarında 20-ci əsrin əvvəllərində Şəkinin Baş Göynük, Baş Şabalıd, Qumux kəndlərindən Türkiyəyə mühacirət edən bir qrup ailə məhz Türkiyənin Dənizli əyalətində yerləşərək Akxan kəndinin əsasını qoyub. Araşdırmaçılar Şahin Aydəmir və Osman Məmmədov 2018-ci ildən başlayaraq bu kəndin tarixini öyrənməyə başlayıblar. Mühacirlərin Şəkidəki nəsillərinin Baş Göynük, Baş Şabalıd və Qumuxda yaşayan qohumlarının müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar müsbət nəticəsini verib. Araşdırmaçıların sözlərinə görə, bu ailələr artıq qrup şəkilində Şəkiyə səyahət etməyi planlaşdırır.