Balakəndə 4 yaşlı uşaq yol qəzasının qurbanı olub. Hadisə rayonun Hənifə kəndində qeydə alınıb. 37 yaşlı İlkin Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 4 yaşlı Mirvari Allahverdiyevanı vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Mirvari Allahverdiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.