Bir müddətdir ki, İsmayıllı rayonunda şəhərdaxili avtobusların fəaliyyətində ciddi problem yaranıb. Əksər avtobuslar yoxa çıxıb. Nəticədə rayon sakinləri istədikləri ünvanlara ya piyada gedir, ya da taksidən istifadə edirlər. Qaynar xəttimizə müraciət əsasında əmakdaşlarımız İsmayıllı rayonunda olub və bir ərşə çəkilən avtobusların aqibətini öyrənməyə çalışıblar. İsmayıllıda neçə müddətdir ki,dayanacaqlar sakinlərə, sakinlər isə avtobus üzünə həsrət qalıb. 2020-ci ildə rayona smart tipli müasir “ağıllı” avtobus dayanacaqları da quraşdırılıb. Ancaq bu dayanacaqlar da istifadə edilmir. Səbəbsə rayonda marşrut avtobuslarının işləməməsidir. Rayon ərazisində fəaliyyət göstərən marşrutların birdən-birə yoxa çıxması sakinlərin narazılığına səbəb olub. Əsasən də günəşli və yağışlı havalarda ictimai nəqliyyatın yoxluğundan əziyyət cəkən sakinlər getdikləri ünvana ya piyada getməli olurlar yada ki, taksiylə. Bu da onlara baha başa gəlir. Sakinlər deyir ki, avtobusla 30 qəpiyə getdikləri yolu indi taksilərlə 2 manata gedirlər. Yükləri çox olanda isə qiymət qalxır. Əvvəllər rayon ərazisində 5 marşrut avtobusu fəaliyyət göstərib. Hazırda isə aztutumlu bir sərnişin avtobusu sakinlərə xidmət göstərir ki, bu da onları qane etmir. Sakinlər məsələylə bağlı aidiyyatı qurumlara da dəfələrlə müraciət ediblər. Onlara nəqliyyat vasitələrinin istismara yararsız olduğu üçün xəttdən çıxarıldığı bildirilsə də üstündən aylar keçib. Ancaq hələ də avtobuslar təmirdən qayıtmayıb. Elə biz də yoxa çıxan və təmirə göndərilən avtobusların izinə düşərək onların ikisini rayon ərazisində fəaliyyət göstərən avtovağzalın həyətindən tapdıq. Hər ikisi yararsız vəziyyətdə təmir ediləcək günlərini gözləyirlər. İnterşum/Yarasız vəziyyətdə olan avtobuslar Məsələ ilə bağlı “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi”nə də müradciət etdik. Bildirildi ki, ... Belə görünür, İsmayıllı rayon sakinləri hələ uzun müddət şəhərdaxili avtobusların yoxluğundan əziyyət çəkəcək. Hər halda 55 mindən çox əhalisi olan şəhərdə iki marşrutun faəliyyəti ona əsas vermir ki, rayon sakinlərinin problemləri həll olunmuş hesab edilsin.