Çərşənbə, 21 Sentyabr 2022 07:22

Sirli evin sehrini heç kim aça bilmir...

Qədim tarixə malik olan İlisu kəndində 1800-1900-cu illərdə inşa edilmiş xeyli ev var. Bu qədimi evlərin hərəsinin bir tarixi və özünəməxsus sirri var. Qocayevlər ailəsinə məxsus olan sirli evin sehrini isə hələ də açan olmayıb. İlisu kəndində 150-dən çox yaşı olan bu ev görənləri heyran qoyur. Evin tikintisində istifadə olunan çay daşlarının üzərində ərəb əlifbasına bənzər naməlum yazılar var. Maraqlısı budur ki, yazılar yalnız daşın üzərinə su atıldıqdan sonra görünür. Ev sahibi də yazıları bir neçə il əvvəl təsadüf nəticəsində, yağıntılı havada yağış damcılarının divara düşməsi zamanı görüb. Yazı xüsusi boya ilə hərəkətsiz şəkildə, nöqtəli ərəb hərfləri ilə yazılıb. Xəttatlıqdan istifadə edilərək xüsusi üslubda daşa həkk olunub. Sözlər xüsusi nizamla və iç-içə düzülüb. Bu səbəbdən də sözlərin oxunması çətinləşib və onu oxuya bilən olmayıb. Qeyd edək ki, hər il yay aylarında İlisu kəndinin füsunkar təbiətini, tarixi abidələrini və qədimi evlərini görmək ücün kəndə on minlərlə turist axın edir. Sirrini bildikdən sonra bu evə də axın edənlərin sayı artıb

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S