Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub. Rayon sakini Ağabala Raziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə şəhər ərazisində hərəkətdə olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb. Onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunub və müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib. Ağabala Raziyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, inzibati həbs edilib.