Müşavirədə nazirlik əməkdaşları, bölgədə fəaliyyət göstərən nazirliyin qurumları və fermerlər iştirak ediblər. Müşavirə taxılçılıqda mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr edilib. Çıxış edənlər bildirib ki, Şəki ölkənin ən iri taxılçılıq bölgələrindən biridir və ölkənin 10% taxılı burda istehsal edilir. Ancaq cari ildə yaşanan quraqlıq səbəbindən Şəkidə 17 min hektar sahənin məhv olması məhsuldarlığa mənfi təsir göstərib. Bu səbəblədə müşavirədə Şəkidə və ətraf rayonlarda taxılçılıq üzrə son 10 ildə mövcud vəziyyət təhlil edilib. Bu vaxt ərzində olunan dəyişikliklər, iqlim dəyişikliyi, yeni toxumlar və texnalogiyalar barədə fermerlərə ətraflı məlumat verilib. Analoji halın təkrarlanmaması üçün bütün aqrotexniki qulluqların vaxtında və yerindən görülməli olduğu fermerlərə tövsiyyə edilib. Eyni zamanda iqlim şəraitinə uyğun yeni növ toxumların istifadə edilməsinin vacibliyi vurğulanıb. Belə ki, əsas məqsdələrdən biri ərzaqlıq baxımından keyfiyyətli məhsul istehsalı həyata keçirməkdir. Tədbirin sonunda öz fəaliyyəti ilə fərqlənmiş fermer, aqronom və mexanizatorlara fəxri diplomlar verilib və fəaliyyətlərində uğurlar arzulanıb.