Çərşənbə axşamı, 30 Avqust 2022 14:07

Şəkidə səllim itlər 74 yaşlı kişiyə hücum çəkib...

Şəki şəhər sakin Vaqif Yusubov yoldan keçərkən səllim itlər ona hücum edib və xəsarət yetiriblər. Hadisə Sabit Rəhman küçəsində baş verib. Vaqif Yusubov üz, əl, qol və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənin sözlərinə görə, anidən küçədə yatan itlər ona tərəf hücuma keçiblər və yolun ortasında onu yıxaraq sürüyüblər. Vaqif Yusubovun köməyinə ətrafdakı insanlar yetişib. Onlar dərhal itləri qovub və zərərçəkəni xilas ediblər. Daha sonra təcili yardım briqadası çağrılıb və Vaqif Yusibov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və quduzluq əlehinə vaksin vurulub, ambulator müalicə üçün evə buraxılıb. Hadisənin səhər saatlarında olması isə sakinlərin çox böyük narahatlığına səbəb olub. Belə ki, gündüz saatlarında səllim itlərin rahat şəkildə dolaşması və vətəndaşlara hücum etməsi sakinlərin qorxusunu birə-beş artırıb. Sakinlər küçəyə uşaqları buraxmaqdan qorxduqlarını və səllim itlərə qarşı qısa zamanda tədbir görülmələrini istəyirlər.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S