Zaqatala rayonunun Yuxarı Tala kəndində Birinci Qarabağ müharibəsi qəhrəmanlarından olan Əhmədov Səlim Nurməmməd oğlunun adını daşıyan bulaq kompleksi istifadəyə verilib. İtkin düşmüş şəhidin adını əbədiləşdirmək məqsədi ilə inşa edilən xatirə bulağının açılış mərasimində rayon və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. Çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsi zamanı öz canını sipər edən igid oğulların qəhrəmanlıqlrınan danışıblar. Bildirilib ki, Səlim Əhmədov kimi qəhrəmanlarımızın qısa, lakin şərəfli ömür yolu əsl vətənpərvərlik nümunəsidir. Vətənin ən çətin günlərində isti ocağını, ailəsini qoyub döyüşlərə atılan Səlim Əhmədov 1993-cü ildə Ağdərənin Bənd kəndi ətrafında gedən döyüşlərdə itkin düşüb. Doğma torpalarımızın düşmən tapdağından azad edilməsi, illərdir əzizlərinin məzarına belə həsrət qalan Səlim Əhmədovunda ailəsinə təsəlli olub.