Şəkinin Vərəzət kəndində yaşı iki min ilə yaxın olması etimal edilən qəbir aşkarlanıb. Aidiyyatı qrumlar araşdırmalar aparır. Qəbrin ənənəvi formadan fərqli, yəni daş qutu şəklində olması onun diqqətini çəkib. Təbriz Əliyev dərhal qazıntını dayandıraraq aidiyyatı orqanların məsələni araşdırması üçün məlumat verib. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsindən əraziyə ekspertlər gələrək qazıntı zamanı aşkar edilmiş insan sümüklərinin bir hissəsini götürərək ekspertiza olunması üçün aparıblar. Şəki Elmi Mərkəzinin əməkdaşı qəbrə baxış keçirərək onun daş qutu şəklində olması, yerləşmə istiqaməti , qəbirdə mərhuma aid əşyaların olmaması və sairə dəlillərə görə onun təxminən iki min ilə qədər yaşı ola biləcəyinin etimal olnmasını bildirib. Onun fikrinə görə ərazidə qazıntı işi aparılaraq tam nəticəyə gəlmək lazımdı. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.