Aparıcı Ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest"in "BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri" nə həsr olunan həftəsinə start verilib. Düşərgə Gənclər Fondu, BMT-nin Azərbaycandakı Nümayəndəliyi və “İDEA” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutub. 250-yə yaxın gəncin iştirakı ilə Şamaxıda keçirilən və 5 gün ərzində davam edəcək çadır tipli yay düşərgəsi müddətində Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, İnkişaf Proqramı, Beynəlxalq Miqrasiya Təşkilatı, Uşaq Fondu, Əhali Fondu, Qaçqınlar üzrə Agentliyi, İnsan Hüquqları üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndə və ekspertlərinin iştirakı ilə fəaliyyətlər təşkil olunacaq. Həftə ərzində tematik mövzular üzrə interaktiv sessiyalar, təlim və təqdimatlar təşkil olunması nəzərdə tutulub. Gənclərə BMT strukturuna daxil olan qurumların ölkəmizdə həyata keçirdiyi fəaliyyətlər, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında gənclərin iştirakçılığının əhəmiyyəti barədə geniş məlumat təqdim olunacaq, gənclərin karyera və şəxsi inkişafına töhfə veriləcəkdir. Qeyd edək ki, Hədəf gələcəkdir! şüarı altında 19 iyul – 9 sentyabr tarixlərində təşkil olunan “Yay Fest 2022” festivalı çərçivəsində mərhələli şəkildə 2 mindən çox gəncin iştirakı ilə 8 fərqli mövzu üzrə düşərgələr keçirilməkdədir.