Zaqatala dağlarında itkin düşən hindistanlı turist 29 yaşlı Manikath Kondaveetinin axtarışlarında iştirak etmək üçün atası Purna Kondaveeti və kiçik qardaşı 26 yaşlı Dharan Kondaveeti də mayın 29-u Zaqatalaya gəliblər. Dharan Kondaveeti hazırda qardaşının itkin düşdüyü yüksək dağlıq ərazidə axtarış qrupları ilə birlikdə axtarışlara qatılıb. Manikath Kondaveetinin atası Purna Kondaveeti Hindistan hökümətinin Xarici İşlər Nazirliyində çalışdığı vurğulanır. İtkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafatın təyin olunduğu bildirilir. Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib. Dharan Kondaveeti qardaşı ilə sonuncu dəfə 12 mayda əlaqə saxladıqlarını, daha sonra onun tək halda meşəyə yollandığını, bir daha ondan məlumat ala bilmədiklərini deyib.