Qax rayonunda 22 mayda keçirilən bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi təşkil edilib. Mərasimə Şəki regional təhsil idarəsinin Qax rayon üzrə sektor müdiri Babək Heydərov, məktəb rəhbərləri, müəllimlər, şagirdlər qatılıb. İstiqlal tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən bilik yarışında ilk 20 yerə çıxan 92 şagird təltif edilib. İlk 20 yeri tutan şagirdlərin hər birinə növbəti tədris ili ərzində kursun bütün sınaq imtahanlarında ödənişsiz iştirak imkanı verən İmtahan abunəliyi kartı da təqdim olunub. Qax rayonunun bütün məktəblərini əhatə edən bilik yarışı 1-7-ci sinif şagirdlərini əhatə edib. Həmçinin “Könlüm keçir Qarabağdan” bədii qiraət müsabiqəsində respublika üzrə ikinci yeri tutan kursun şagirdi Fərda Babayev də mükafalandırılıb. Tədbir İstiqlal tədris mərkəzinin illik hesabatı xarakterli olub. Bildirilib ki, Son 5 ildə kursun qəbul nəticələri 95 faizdən yuxarı olub. Kursun DİM-nin 9 və 11- ci siniflər üzrə buraxılış imtahanlarında 200-dən yuxarı bal toplayan şagirdləri, il ərzində fərqlənən kursun müəllimləri, həmçinin qaliblərin məktəb müəllimləri də mükafatlandırılanlar sırasında olub. Tədris ili boyu müxtəlif mövzulu və əlamətdar günlərə həsr edilən bilik yarışları mütəmadi şəkildə təşkil edilir və bundan sonra da belə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.