Mayın 28-i, 29-da baş tutan Fransa döyüş sənəti sayılan SAVATE döyüş növü üzrə Azərbaycan çempionatında Şəkinin idman klubunun çıxışı uğurlu alınıb. Turnirə ümumilikdə 20 bölgə və paytaxt klublarından 300-dək idmançı qatılıb. Şəkinin idman klubunu təmsil edən iki idmançının hər ikisi fəxri yerləri qazana bilib. Belə ki, klubun yetirməsi olan Yusif Bəkirov 16-17 yaş qrupunda, Fərid Abdurəhimov 8-9 yaş qrupunda 3-cü yerlərə layiq görülüblər. Azərbaycan çempionatının yekunlarına əsasən milli komandalar yenidən formalaşdırılacaq.