Cümə axşamı, 02 İyun 2022 10:42

QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı…

Şamaxıda “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keşirilib. Konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub. Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edənlər keçirilən bu zona konfranslarının QHT-lər ilə ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacağına və onların vətəndaş cəmiyyətinin inkişafına birlikdə tövhə verəcəyinə əminliklərinilər. Dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışılıb, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığını təmin etmək və fəaliyyət istiqamətlərinin daha da genişləndirməkdir.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S