Bu gün Şəki şəhər Uşaq-Gənclər İnkişaf mərkəzində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə ilk öncə uşaqların Vətən müharibəsinə baxışlarını əks etdirən rəsm əsərlərinin sərgisi olub. Daha sonra tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi anılıb. Otuzdan artıq şəhid və qazi övladının iştirak etdiyi bayram tədbirində uşaqları təbrik ediblər. Balacalara xüsusi hədiyyələr və rəşadətli Azərbaycan ordusunun qəhrəmanlıqlarından bəhs edən kitablar verilib. Tədbir Şəkinin gənc istedadlarının ifasında vətənpərvər ruhlu şeirlər, müsiqilər, rəqsləri özündə əks etdirən musiqili proqramla davam edib.