Qaxda at arabasından yıxılan 68 yaşlı kişi dünyasını dəyişib. Hadisə bu gün günorta saatlarında rayonun Əmbərçay kəndində baş verib. Kənd sakini Əhmədov Nemət Sadıx oğlu sahədə iş görüb kəndə qayıdan zaman at hürküb və Nemət Əhmədov arabadan yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çagırılsa da, Nemət Əhmədovun xəsarətləri ağır olduğundan hadisə yerində dünyasını dəyişib. Əraziyə hüquq mühafizə orqanları və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Meyit müayinə olunması ücün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.