Şəkidə 28 may müstəqillik günü münasibəti ilə volleybol üzrə yeniyetmə və gənclər arasında rayon birinciliyi keçirilib. Şəki şəhər UGİŞM və təhsil işçilərinin həmkarlar ittifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər müstəqiliiyin əhəmiyyətindən, gənclərin dövlətimizin gələcəyindəki rolundan danışıblar. Bildirilib ki, bu cür yarışların keçirilməsində məqsəd yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, idmana rəğbətin artırılmasıdır. Yarışda oğlanlar və qızlardan ibarət olmaqlar 18 komanda ümumilikdə 200-dən artıq şagird iştirak edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmaların sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər.