Çərşənbə, 25 May 2022 19:07

Leysan yağışları fəsadlara səbəb olub…

Şəkinin Cəfərabad kəndində məcrasından çıxan Böyük Dəhnə çayı evlərin həyətyanı sahələrini basıb. Eyni zamanda və həyətdə olan köməkçi tikililərə və zirzəmilərə su dolub. Səhər saatlarından müvafiq qurumların nümayəndələri əraziyə cəlb edilib. Mülki Müdafiə qüvvələrinin əməkdaşları həyətyanı sahələrə dolmuş sel sularını nasoslar vasitəsi ilə ərazidən kənarlaşdırıb. Lakin bəzi zirzəmilərə girmək çətin olduğu üçün su qalıb. Sakinlər Böyük Dəhnə çayında qabaqlayıcı tədbirlərin görülməsini istəyir. Onların sözlərinə görə, daşqına səbəb ərazidən keçən körpünün altındakı borudur. Borunun su ötürücülüyü az olduğu üçün  hər yağışda daşır.  Ərazidə olan Şəki Suvarma sistemləri idarəsinin nümayəndələri də vəziyyətlə tanış olublar. Qurum rəsmisi eyni zamanda məsələdən xəbərdar olan kimi, əraziyə texnika və canlı qüvvə cəlb edilərək problemin aradan qaldırıldığını bildirib. Hazırda Şəkidə yağıntılar davam edir. Vaxtaşırı leysan xarakterli olan yağıntılar Şəkidən keçən digər dağ çaylarında da suyun səviyyəsini artırıb. 

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S