Çərşənbə axşamı, 24 May 2022 19:48

Turizm mövsümü ərəfəsində evlərin qiyməti artıb…

Kirayə evlərin qiymətləri hər zaman tələbata görə dəyişir. Xüsusən də, söhbət turistlərin qaldığı evlərdən gedir. Hazırda yay turizmi ərəfəsində  Şəkidə kirayə verilən evlərin qiymətlərində artım müşahidə edilir. Əsasən də, turistləri cəlb edən istirahət bölgələrinə yaxın ərazilərdə yerləşən evlərdə bu artım daha çox özünü birüzə verir. Evlərin alqı-satqısı və kirayəsi ilə məşğul olan mütəxəssislər hazırda Şəkidə kirayə evlərin çox çətin tapıldığını deyirlər. Turistlərlə yanaşı, əksər vətəndaşların da ev almaq əvəzinə kirayədə qalmağa üstünlük verməsi  nəticəsində kirayə evlərin sayı xeyli azalıb. Evlərini turistlərə kirayə verən fərdi sahibkarlar da bu il turist sayının çox olacağını hesab edirlər. Ötən illərlə müqayisədə karantin qaydalarının yumşaldılması səbəbindən bölgəyə üz tutacaq yerli və xarici qonaqların sayının nəzərəçarpacaq dərəcədə artacağı gözlənilir. Qiymətlərə gəldikdə isə şəraitə görə dəyişir. Hər bir halda Şəkiyə üz tutacaq çox sayda turistin otellərlə yanaşı, fərdi evlərdə də qalması bölgədəki vətəndaşların maddi vəziyyətinə müsbət təsir edəcəyi danılmazdır.

Media

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S