44 günlük Vətən müharibəsi şəhidi Yalçın Cavadovun xatirəsini əbədiləşdirmək üçün Şamaxı rayonunun Sabir qəsəbəsində inşa edilmiş xatirə bulaq kompleksinin açılışı olub. Açılış mərasimində rayon rəsmiləri, din xadimləri, qazilər, şəhidin ailə üzvləri iştirak etdib. Çıxış edənlər Vətən müharibəsində əldə edilən tarixi qələbədən, igid oğullarımızın qəhrəmanlıqlarından danışıb. Vurğulanıb ki, Vətən müharibəsi başladığı ilk gündən döyüşlərə qatılan Azərbaycan Ordusunun çavuşu Yalçın Cavadov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhadətə yüksəlib. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.