Şəkidə isə evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb. Rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb. İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.