Zaqatala rayonunun ənənəvi və ən gəlirli kənd təsərrüfatı sahələrindən olan gülçülükdə artıq yığıma başlanılıb. May ayının ilk ongünlüyündən başlanan yığım hava şəraitindən asılı olaraq, iyun ayının ilk ongnlüyünədək davam edəcək. Ümumilikdə 145 hektar sahədən bu günəək 350 ton gül ləçəyi tədarük edilib. Müəsisədə 50 nəfərdən çox daimi işçidən əlavə, hər il yığım və gül sahələrinə qullluq ərəfəsində 2000 nəfərə yaxın sakin mövsümi işlərə cəlb edilir. Ötən il sahələrdən 530 ton gül ləçəyi tədarük edilib. Bu il isə bu rəqəmin 600 tondan çox olacağı gözlənilir. Toplanan gül ləçəkləri zəruri avadanlıqlarla təchiz olunmuş yağ istehsalı müəsisəsində emal edilir. İstər yığım, istərsə də istehsal prosesi qabaqcıl metodologiya əsasında Türkiyə və Bolqarıstan təcrübəsinə uyğun olaraq aparılır. Gül ləçəklərindən alınan bu məhsulun alıcıları əsasən iri kosmetika, ətir və dərman istehsal edən şirkətlərdir. Məhsula xarici bazarda tələbat yetərincədir. İstehsal onunan gül yağının demək olar ki, hamısı elə xarici bazarlarda satılır.