Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan Regional Məşğulluq filialı Şamaxıda əmək yarmarkası keçirib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Əmək yarmarkasında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında fəaliyyət göstərən ümumilikdə 25 idarə və müəssisədən 250-dən çox vakant iş yeri işaxtaranlara təklif olunub. Tədbirdə 400 nəfərdən çox işaxtaran şəxs qeydiyyata götürülüb, müvafiq sənədləşmə aparıldıqdan sonra onlara ixtisas və peşələrinə uyğun vakant yerlərə göndərişlərin verilməsi nəzərdə tutulub.